Araz-Naxçıvan və Turan Tovuz xalları bölüşdürdü

"Araz-Naxçıvan" və "Turan Tovuz" xalları bölüşdürdü

  • 18 aprel 2025, 21:47

Azərbaycan Premyer Liqasının 31-ci turunun açılış oyununda "Araz-Naxçıvan" və "Turan Tovuz" heç-heçə oynayıblar.

Yurd.Media xəbər verir ki, oyunda hesabı 33-cü dəqiqədə qonaqlar Faiq Hacıyevin dəqiq zərbəsi ilə açıb. Meydan sahiblərinin cavab qolu 53-cü dəqiqədə gəlib. İssuf Paro rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

Naxçıvan təmsilçisi matçı azlıqda başa vurub. 77-ci dəqiqədə Vanderson Melo ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.

“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 48 xalı var.