Azərbaycanda aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Yurd. Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.