SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Toy karvanındakı avtoxuliqanlığa görə 15 sutka həbs aldı

Toy karvanındakı avtoxuliqanlığa görə 15 sutka həbs aldı

  • 14 noyabr 2025, 20:49

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində 15 sutka həbs tədbiri görülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yurd.Media-ya bildirilib ki, ümumilikdə 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

Prime Leasing
SPE Annual Caspian