SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Premyer Liqada 10-cu tura yekun vurulacaq

Premyer Liqada 10-cu tura yekun vurulacaq

  • 02 noyabr 2025, 10:12

Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.

Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.

Prime Leasing
SPE Annual Caspian