SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır

Şüşə istehsalçısının nizamnamə kapitalı 144 milyon manat artırılır

  • 21 noyabr 2025, 11:57

Azərbaycanda şüşə istehsalı ilə məşğul olan “AzerFloat” QSC-nin nizamnamə kapitalının 144 007 350 manat və yaxud təxminən 12 dəfə artırılması planlaşdırılır. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 10 manat olan 14 400 735 ədəd yeni səhm buraxılacaq.

Son nəticədə müəssisənin kapitalı 13 135 500 manatdan 157 142 850 manata yüksələcək.

Xatırladaq ki, bu il sentyabrın 23-də İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "ARGS Holding" MMC arasında "AzerFloat"un nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb. Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub. Müqaviləni ABIF-in baş direktoru Yasin Cəlilov və "ARGS Holding"in icraçı direktoru imzalayıb. 

Prime Leasing
SPE Annual Caspian