Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 6 588 ədəd yük maşını idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% azdır.
10 ay ərzində yük maşınlarının idxalına 74,8 milyon ABŞ dolları xərclənib. Bu isə 1 il əvvələ nisbətən 36,3% azdır.
Beləliklə, 1 yük maşına ölkədə 11,4 dollara gətirilib. Ötən ilin eyni dövründə bu rəqəm 16,7 min dollar olub.