"Buta Sığorta və Təkrar Sığorta Brokeri" QSC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyi üçün səhmlərini dövriyyədən çıxarır.
Yurd.Media xəbər verir ki, şirkət bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilir ki, söhbət hər birinin nominal dəyəri 1 manat olan 2 000 ədəd adi, adlı səhmdən gedir.
Xatırladaq ki, "Buta Sığorta və Təkrar Sığorta Brokeri" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır.