SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanın sığorta bazarında 13% artım olub

Azərbaycanın sığorta bazarında 13% artım olub

  • 26 noyabr 2025, 11:37

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-oktyabr aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, 10 ay ərzində yerli sığorta şirkətləri 1 256 milyon manat sığorta haqqı toplayıb, 773,6 milyon manat sığorta ödənişi edib.

Bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 12,9% və 24,2% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanılmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib.

Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

Prime Leasing
SPE Annual Caspian