SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanın sığorta bazarı 13%-lik artımı qoruyur

Azərbaycanın sığorta bazarı 13%-lik artımı qoruyur

  • 27 oktyabr 2025, 14:54

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, 9 ay ərzində yerli sığorta şirkətləri 1 157,25 milyon manat sığorta haqqı toplayıb, 683,9 milyon manat sığorta ödənişi edib.

Bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 13% və 23,5% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanılmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

Prime Leasing
SPE Annual Caspian