SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycanda kredit təşkilatlarının sayı azalıb

Azərbaycanda kredit təşkilatlarının sayı azalıb

  • 05 yanvar 2026, 09:49

2025-ci ilin yekununda Azərbaycanda 111 kredit təşkilatı olub.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 4 vahid azdır.

Ötən il ölkədə bankların sayı dəyişməyərək 22 qalıb. Bununla belə, bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 57-dən 54-ə, kredit ittifaqlarının sayı isə 36-dan 35-ə düşüb.

İl ərzində AMB "Premier Kredit", "TBC Kredit", "İcraçı Kredit Agentliyi" MMC-lərin, eləcə də "Finoko" ASC-nin BOKT lisenziyalarını ləğv edib, "For Finance" MMC-yə eyni növ lisenziya verib, həmçinin "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyasını ləğv edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları