"Fitch Solutions" beynəlxalq analitik şirkəti bu il Azərbaycanda iqtisadi artımın 2,5% olacağını proqnozlaşdırır.
Yurd.Media xəbər verir ki, şirkət bundan əvvəl ölkədə ümumi daxili məhsulun (ÜDM) 2,4% artım nümayiş etdirəcəyini gözləyirdi.
Azərbaycan hökuməti isə 2026-cı ildə 2,9% iqtisadi artıma iddialıdır.
2025-ci ildə bu göstərici 1,4% təşkil edib.