Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 23 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 1,4% çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli yağların ixracı Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.