Boksçumuz dopinqə görə diskvalifikasiya edilib

Boksçumuz dopinqə görə diskvalifikasiya edilib

  • 17 aprel 2025, 11:45

Azərbaycan Milli Antidopinq Agentliyi Azərbaycan boksçusu Fərid Sadıqovu diskvalifikasiya edib.

Yurd. Media AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 48 ay müddətinə idmandan kənarlaşdırılıb.

Buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin aşkarlanması səbəb olub.

F.Sadıqovun cəzasının müddəti 2028-ci il yanvarın 1-də başa çatacaq.