SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Günəşdə çox güclü partlayış oldu

Günəşdə çox güclü partlayış oldu

  • 14 may 2025, 00:03

Günəşdə X1.2 sinfindən olan partlayış baş verib.

Yurd.Media xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

"Mayın 13-də Moskva vaxtı ilə saat 18:38-də (Bakı vaxtı ilə 19:38 - red.) 4079 (N07W81) günəş ləkələri qrupunda rentgen diapazonunda 19 dəqiqə davam edən X1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Proqnoza əsasən, mayın 13 və 14-də Günəşdə aşağı və orta səviyyəli, X sinifli partlayışlar mümkündür.

Bundan əvvəl, martın 28-də Günəşdə X1.1 sinfindən olan partlayış olub və 41 dəqiqə davam edib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.