Bakının əsas magistrallarının birində yük maşını aşıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yurd.Media-ya bildirilib ki, qəza Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində baş verib.
Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində yaranan sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
