Bu ilin ilk 9 ayında Azərbaycana 14,1 milyon dollar (24 milyon manat) həcmində 36 min 975 ton qarğıdalı idxal edilib.
Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,6 milyon dollar (9,5 milyon manat) və ya 28,7%, miqdar ifadəsilə isə 26 min 971 ton, başqa sözlə 42,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 19,7 milyon dollar (33,5 milyon manat) dəyərində 63 min 946 ton qarğıdalı idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 65 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 52 qəpik idi. Bu da illik müqayisə ilə 13 qəpik və ya 25% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 0,08%-i qarğıdalının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,13% olub.